İŞİD daha bir britaniyalını edam etdi

İŞİD daha bir britaniyalını edam etdi
  04 Oktyabr 2014    Oxunub:1581
“İraq və Şam İslam Dövləti” terror təşkilatının yaraqlıları Böyük Britaniya vətəndaşı Alan Henninqin başını kəsib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

“Mən Britaniya cəmiyyətinin bir üzvü kimi ölkə parlamentinin İŞİD-ə qarşı hücum etmək qərarına görə cavab verirəm”, - deyə Henninq edamdan qabaq yayılan videogörüntüdə bildirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti