Obama və xanımından bayram təbriki

Obama və xanımından bayram təbriki
  04 Oktyabr 2014    Oxunub:1251
ABŞ prezidenti Barak Obama həyat yoldaşı Mişel Obama ilə birlikdə müsəlmanların Qurban bayramını təbrik edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Həcc ziyarətində olanları da təbrik etməyi unutmayıb.

O vurğulayıb ki, Həccə gedənlər arasında amerikalı müsəlmanlar da var: “Həcc ziyarəti dünyanın ən böyük və ən çox müxtəlifliyə malik ziyarətidir. Sünni və şiə olmağından asılı olmayaraq dünyanın dörd bir tərəfindəki müsəlmanları bir yerə toplayır. Həcc vəzifəsi soy-kök, məzhəb, irq, cinsi fərqə baxmadan bütün insanların bərabər olmağına imkan verir”.

Obama Qurban bayramı ilə bağlı da fikirlərini bölüşüb və müsəlmanları təbrik edib:

“Qurban bayramında müsəlmanlar yoxsullara yardım etmək ənənəsini davam etdirir. Acqlı, xəstəlik, qarşıdurmalardan əziyyət çəkənlərə əl uzatmaq insanların müqavimətini gücləndirir. Amerika xalqı adından müsəlmanları Qurban bayramı münasibətilə təbrik edirəm. Həcc ziyarətindəki zəvvarların və bütün inanclı insanların sülh dualarının qəbul olunmağını arzu edirəm. Bayramınız mübarək”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti