`Qadınları 10 dollara satırlar` - İŞİD-dən qaçan əsir

`Qadınları 10 dollara satırlar` - İŞİD-dən qaçan əsir
  05 Oktyabr 2014    Oxunub:2706
İŞİD terror qruplaşmasının yaraqlılarının iraqlı əsirlərindən biri öz işğalçıları barədə danışıb. Onun hadisəsini Euronews göstərib.

19 yaşlı Əmşinin bildirdiyinə görə, avqustun 3-də o, ailəsi ilə birlikdə yaşayan yezid kəndinə cihadçılar daxil oldular. Onun həyat yoldaşını digər kişilər kimi öldürdülər, o, isə qadın həmkəndliləri ilə birlikdə əsir düşdü.

"Yaraqlılar 10-12 dollara yezid qadınları satırdılar. Bir qadın 10 kişi üçün nəzərdə tutulurdu. Kim bu davranışa bəraət qazandıra bilər? Ona görə mən indiyədək daimi qorxu içərisində yaşayıram", - Əmşi deyib. Onu Mosul şəhərinə gətirəndə, o, qaçmağa müvəffəq olub.

Əsirlərindən birinin qızı deyib ki, terrorçular tərəfindən ələ keçirilən onun anası öz telefonu yerə basdırıb ki, onu tapmasınlar. "Cihadçılar müntəzəm axtarışlar aparır və əgər telefon tapılsa, həmin insanı yerindəcə güllələyirlər. Düşünürəm ki, onlar bacımın telefonunu tapıblar: Artıq 12 gündür ki, o bizə zəng etmir", - o, qeyd edib.

Əsirlərdən çoxları baş örtüyündən ilgək edərək, intihar ediblər.

BMT-nin məruzəsinə əsasən, avqustun sonunadək yaraqlılar 2,5 min qadını və uşaqları ələ keçiriblər. İslamı qəbul etməkdən imtina edənlər Mosul və Suriyanın Rakke şəhərlərindəki qul bazarlarına göndəriliblər.(trend)



Teqlər:  





Xəbər lenti