Ermənilər xalçalarımıza sahib çıxır
Bu gün xalçaçılıq mədəniyyətinin inkişafına və qorunmasına verilən əhəmiyyətli töhfəyə baxmayaraq, təəssüflər olsun ki, strateji satınalmalar və mövcud xalça kolleksiyalarının inkişafı üzrə heç bir mexanizm yoxdur. İstənilən layihə kimi bu layihə üçün də büdcə və düşünülmüş yanaşma lazımdır.
Hərraca çıxarılan xalçalar kifayət qədər ənənəvi ornamentlərə malikdir və şəkillərdən göründüyü kimi bir sıra yerlərdə restavrasiyaya məruz qalıb. Lakin xalçaların yaşını nəzərə alsaq burada qəribə heç nə yoxdur. Robert Qrillin kolleksiyasında olan 18 əsrə aid Qarabağ xalçaları “Əjdaha və Feniks” yarımqrupuna aid etmək olar:
Kroker ailəsinə məxsus olan 18-ci əsrə aid Qarabağ xalçasını isə - “Dörd Əjdaha” yarımqrupuna aid etmək olar:
Bu fotoda xalçanın böyüdülmüş detalları əks olunub – hər iki tərəfdən xalçanın mərkəzində əjdahalar əks olunub, sağ yuxarı künc və daha iki yerdə isə xalça yenidən toxunub.
Öz xarakteristikasına görə, bu xalçanın Qill kolleksiyasında olan xalçadan daha sonra hazırlandığını demək olar.
Bu nə üçün vacibdir?
Biz bildiririk ki, xalçalar – bizim mədəniyyətimizin bir parçasıdır. Lakin ölkə daxilində həqiqətən qiymətli xalçalın sayı olduqca azdır. Bir sıra səbəblərlə bağlı onlar respublika xaricində, muzeylər və şəxsi kolleksiyalarda saxlanılır.
Şəxsən mən Azərbaycan muzeylərinə öz şəxsi kolleksiyalarını bağışlamağa və xalçalarını satmağa hazır olan kolleksiyaçıların axtarılmasını bizim mədəni irsimizin qorunması üzrə ən vacib elementlərdən biri kimi hesab edirəm. Heç də hamı mənim bu istəyimi anlaya bilməz və çoxları yaxşı xalçanın dəyərinin onlarla, yüz minlərlə və hətta milyonlara çata biləcəyini eşidəndə təəccüblənilər.
“Əjdaha” şəkilli xalçalar haqqında danışası olsaq, burada həm də siyasi məqam da var. Müasir dünyada bu qrup xalçalar üzrə ermənilərin mövqeləri olduqca güclüdür. Mən tez-tez özümdən soruşuram ki, niyə Qarabağ torpağına məxsus olan xalçaların ermənilər məxsus olduğunu eşidirəm və bu suala belə cavab alıram “Çünki orada ermənilər yaşayıb” və ya “bu vacib deyil” və ya “belə alınıb ki, onlar erməni xalçaları adlandırırlar”.
Bu, tarix boyu ermənilərin xalça satışı ilə məşğul olması ilə əlaqədardır: Onlar xalçaların kolleksiyasını yığır, onları öyrənir və satırlar. Öz kataloqlarında onlar bu xalçaları Azərbaycanla bağlılığı barədə heç nə yazmazlar. Ermənilər bu qrup xalçaları aldıqca, qərb ictimaiyyəti tərəfindən bu xalçalar erməni xalçalar hesab olunacaq! Əgər bu xalçalar Azərbaycan və azərbaycanlılar tərəfindən alınsa, onda bu siyasi gediş və bu problemə diqqət ayrılmasının göstəricisi, o cümlədən Qarabağ xalçalarının növlərinin kataloqlaşdırılması üzrə uzun, çətin və çoxşaxəli işin ilk addımı olardı.
Mən sentyabrın 16-ı “Austrian Rug Company” şirkətinin Vyanada keçirdiyi “Fine Antique Oriental Rugs” hərracında bir neçə satışları üzrə lotu çıxarmaq istədim. Bu bütün dünyadan ekspertlər və kolleksiyaçıların toplaşdığı son illərin ən unikal və parlaq hadisəsi idi. Alman və Avstriya şəxsi kolleksiyalarından olan 240 xalça arasında diqqəti daha çox çəkən professor Günter Marşallın kolleksiyası oldu. Bu kolleksiya 1650-30 cı illərdə “Bernheimer” Münhen qalereyasının məşhur xalça dilerləri və professor Uirlix Şürman (Dr. Ulrich Schürmann). tərəfindən toplanıb. Şürmanın kitabları - kolleksiyaçıların və muzey işçilərinin bibliyasıdır.(Həyatının son illərində Lətif Kərimovun yaxın dost elm dünyasında özünü Pazırık xalçası haqqında öz məruzəsiylə bir qədər etibardan saldı)
Bu tədbir mütəxəssislər arasında çox müzakirə olunurdu və mən xalça xəzinələri uğrunda ova qoşulmağa cəhd etməyə qərar verdim. Ağlıma çılğın ideya gəldi: Mən öz əlaqələrimə güvənərək hərrac sahibini bir neçə lotu hərracdan çıxarmağa və onları təsbit edilmiş qiymətə (lotları müəyyənləşdirilmiş maksimum qiymətdən 30-50% ödəməklə onları hərracdan çıxarmaq olar) almağa cəhd etmək.
Bu xalçalar hərraca çıxarılırdı:
Öz ölçüsünə və kompozisiyalarına görə 17 əsrə aid xalça. Bu xalçada “Əjdaha” şəkilləri, o cümlədən ov səhnələri əks olunub. Bu xalça incəsənətinin analoqu olmayan nümunələrindən biridir. Ekspertlər fikrincə bu nüsxədə bir neçə xalçalar ola bilər, lakin onlar bizim zamanımıza çatmayıb. Heç bir xüsusi əsas olmadan onlar hələ də erməni xalçası adlanırlar:
19-cu əsrin birinci yarısına aid xovsuz sumax xalçası (Əjdaha sumax) – ustad işi, rəng, kompozisiya və detallara diqqətin nadir nümunələrindən biridir:
Qazax qrupuna aid 19-cu əsrin ortalarına aid xalça. Uirlix Şürman tərəfindən öz əsərlərində adı çəkilən “Lori Pambak Kazak” xalçası:
Uirlix Şürman tərəfindən öz əsərlərində adı çəkilən təxminən 1870-ci ilə aid daha bir xalça “Fachralo Kazak”:
Namazlıq (Marasali prayer rug) 19-cu əsrin əvvəlinə aid qeyri adi rəngləri olan xalça.
Namazlıq – namaz qılmaq üçün balaca ölçüdə olan xalça. Bu xalçalar xüsusi quruluşa malikdir- mehraba mövcudluğu – məscidin girişini və daxili arxitekturasını təkrarlayan qövslərdən ibarətdir:
18 əsrə aid svastika elementləri pambıqdan hazırlanan fraqment:
17 əsrə aid daha bir xalça. Əsas hissəsinin bucağına görə qeyri adi və hətta müasir ekspertlər tərəfindən yüksək qiymətləndirilir:
Narahat edən məqam hərracda xeyli sayda erməni nümayəndə heyətinin iştirak etməsi və bu xalçaların onlar tərəfindən alınması ehtimalıdır. Xəzinələri necə geri qaytarmaq olar? Biz tez-tez “yeni Tağıyevlər hardadır?” ifadəsini eşidirik. Xalçalara aid məsələlərdə dövlət siyasəti ilə yanaşı xalqın öz incəsənətinə sevgisi və marağı, onu öyrənməsi, beynəlxalq aləm də ölkənin maraqlarını qoruması lazımdır. Bu mədəniyyətə, tarixə sərmayədir. Ona görə də “yeni Tağıyevlər hardadır?” ifadəsinə mən “Azərbaycanlı Quqenhaymlar hardadır?
Yekunda, oktyabrın 22-də Nyu-Yorkda keçiriləcək hərraca qayıtmaq istəyirəm. Mən sizi xalçaların alınmasına təxminən 60-80 min dollar xərcləyə biləcək şəxsləri bu problemə cəlb etməyə çağırıram. Mən güman edirəm ki, hər bir hərracın dəyəri bu qiymət aralığında olacaq.
Məsələnin vacibliyi – Ölkənin prestiji, mədəni irsin qorunması və onun Azərbaycana qaytarılmasıdır. Qarabağ xalçasının kimə məxsus olması barədə uzun illər davam edən mübahisədə hələ ki ermənilər dominantlıq edir və bu bizim əcdadlarımız və bizim tariximizə qarşı haqsızlıqdır! Gəlin birlikdə bunu dəyişməyə cəhd edək!
Tərcümə etdi: Eldar Tanrıverdiyev