Bakıda zəncirvari qəza

Bakıda zəncirvari qəza
  01 Noyabr 2014    Oxunub:1445
Bakının Xətai rayonunda zəncirvari qəza baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektindəki tuneldə qeydə alınıb. Qəza zamanı "VAZ 2107", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.

Zərcirvari qəza yolda tıxaca səbəb olub. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma zamanı məlum olub ki, qəzaya maşınların tunelə sürətlə daxil olması və lazımi ara məsafəsi saxlamaması səbəb olub. Hər üç avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti