Belçika Fələstinin müstəqilliyini tanıyacaq

Belçika Fələstinin müstəqilliyini tanıyacaq
  04 Dekabr 2014    Oxunub:1332
Belçika rəhbərliyi beynəlxalq hüquq əsasında Fələstin Muxatriyyətini müstəqil dövlət kimi tanımağa hazır olduğunu bildirib.
Bu barədə Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Belçika xarici işlər naziri Didye Reynders bəyan edib ki, ölkə parlamentinin deputatlarının böyük əksəriyyəti Fələstin məsələsində məhz bu ideyanı müdafiə edir: “Biz Fələstin dövlətinin tanınması ideyasını dəstəkləyirik. Fələstin–İsrail münaqişəsi regionda iki dövlətin yaranması ilə bitməlidir”.

Qeyd edək ki, Fransa parlamenti dekabrın ikisi keçirdiyi iclasda Fələstinin dövlət kimi tanınmasının lehinə səs verib. Səsvermədə 339 deputat lehinə, 151-i isə əleyhinə səs verib.
Qeyd edək ki, indiyədək 135 ölkə Fələstin Dövlətini tanıyıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti