Ermənilərin ən çox qaçdığı ölkə
2014-cü ilin noyabr ayına olan vəziyyətə görə, Rusiyada 514.5 min Ermənistan vətəndaşı var. Bu barədə Rusiya Federal Miqrasiya Xidməti məlumat yayıb. Məlumata görə, Ermənistan vətəndaşlarının 431 min nəfərinin yaşı 18-59 arasında dəyişir.
Ermənistan gənclərini Rusiyaya getməyə meylləndirən məsələ yanvarın 1-dən bu ölkədə Ermənistan vətəndaşları üçün tətbiq edilən güzəştlərdir. Bu ölkənin vətəndaşları ilk 30 gün ərzində müvəqqəti qeydiyyat məcburiyyətindən azad ediliblər və iş icazəsi olmadan işləyə biləcəklər. Erməni miqrantların Rusiyada qalmaq icazəsi də 150 günə qaldırılıb. (Ans)