Daxili işlər naziri istefa verdi

Daxili işlər naziri istefa verdi
  23 Yanvar 2015    Oxunub:3344
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefa verib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan DİN-inin rəsmi saytında məlumat yerləşdirilib.

“Bu yaxınlarda mənim Yuriy Vazaqaşvili qatillərini qorumağımla bağlı səslənidirilən ittihamlarla əlaqədar olaraq istefa verirəm. Bu ittihamların həqiqət olmasına baxmayaraq mən mənəvi məsuliyyət hiss edirəm və öz vəzifəmi tərk edirəm”, -deyə Çikaidze bildirib.

Qeyd edək ki, yanvarın 20-i Gürcüstanın Kaspsk rayonunda Yuriy Vazaqaşvili qətlə yetirilib. Onun oğlu Zurab Vazaqaşvili 2006-cı ildə polis tərəfindən öldürülmüşdü.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti