İradə Cəlil `Miss-Media`da – FOTOSESSİYA

İradə Cəlil `Miss-Media`da – FOTOSESSİYA
  02 Fevral 2015    Oxunub:25202
AzVision.az-ın `Miss-Media` layihəsində sizi ölkə mediasının gözəl xanımları ilə tanış edirik. Rubrikanın budəfəki qonağı İradə Cəlildir.

İradə Cəlil (Cəlilova) avqusutun 30-da Bakıda anadan olub.

- Jurnalistlik uşaqlıq arzum olsa da, ixtisasca iqtisadçıyam,- deyir İradə.- Müəyyən fasilələri nəzərə almasaq, 1999-cu ildən jurnalstikadayam. Əvvəlcə mədəniyyət və ədəbiyyat sahəsi üzrə çalışırdım. 2010-cu ildə yenidən mətbuata qayıdanda isə sosial siyasət mövzusunda yazmağa başladım.

İradə müxtəlif qəzetlərdə çalışıb. Space TV-də az da olsa televiziya təcrübəsi qazanıb. Hazırda `Ekspress` qəzetində sosial sahədən yazır. Müxtəlif saytlarda araşdırma və köşə yazıları yayınlanır.

Üzə çıxarmağa cəsarət etməsə də, arada şeirlər yazır. Bütün köşə yazılarını və şeirlərini bir kitabda toplamağı düşünür.

- Xoşbəxt qadınam, çünki Allahın ən gözəl neməti olan iki oğlum var. Onlarla nəfəs alıram, onlar üçün yaşayıram. Mənim üçün xoşbəxtlik övladın təbəsüümü, öpüşü və nəfəsidir,- deyir İradə.

Ən sevdiyi xasiyyəti dürüst olmağıdır. Düşmənimə belə, yalan danışmaz. Sevmədiyim xüsusiyyəti həddindən artıq səmimi olmağıdır.

- İnsan yaşadıqlarının səbəbkarı da, günahkarı da özüdür. Heç kim deməsin ki, yaşadıqlarıma layiq deyiləm. Nəsə yaşayanda öz həyatına, davranışına, xasiyyətinə diqqət etsin. Yaşadıqlarıma peşman deyiləm. Yaşadığım hər şey mənim üçün bir sınaqdır, bir dərsdir. Qəribə xasiyyəim var - Məni sevməyənlərin varlığı mənə stimul verir. Daha yaxşı olmağa çalışıram,- Bunlar da İradənin sözləridir.

Fotolar: Nuron Məmmədov

Milli geyimlərə görə `S.A. Studiya`ya və modelyer Arzu Əliyevaya təşəkkur edirik.

Qalereya




Teqlər:  





Xəbər lenti