“El əməliyyatı” və ya Milli Şurikin macəraları

“El əməliyyatı” və ya Milli Şurikin macəraları
  23 May 2013    Oxunub:5459
Yəqin klassik komediya janrında məşhur Sovet filmi olan “I” əməliyyatı və ya Şurikin macəraları”nı xatırlayırsınız. Son yarım il ərzində Azərbaycan müxalifətində baş verən qəribə hadisələr məhz bu filmlə assosiasiya təşkil edir.

Xüsusilə də “El” hərəkatı və Milli Şuranın yaradılması. Hərçənd, bu qalmaqallı siyasi tarix hələ də davam edir, baş verən toqquşmaların komediya tərəfinə diqqət yönəltmək olar.

“El” əməliyyatı

Ölkənin siyasi arenasında müəyyən “üçüncü qüvvə”nin - öz bayrağı altında bütün etirazçıları toplayan və hakimiyyətdə olan rejimin əsas alternativi olan “El” hərəkatının peyda olması lap əvvəldən qalmaqalla müşayiət olunurdu. İki ay ərzində hərəkatın PR kampaniyası aparıldı və bu, qalmaqalı daha da alovlandırdı. Cəmiyyətin siyasi düşüncəsində paralel olaraq növbəti xilasedici layihə - “avtoritarizmin məzarı” və firavan demokratik gələcəkdə möcüzəli xalça-təyyarə olacaq Milli Şura ideyası yarandı.

“El əməliyyatı”nın birinci mərhələsi (yanvar-fevral) parlaq reklamın və yeni siyasi malın kütləvi satışı üçün piar-effektin yaradılması kifayət qədər uğurlu oldu. Cəmiyyət onun bütün problemlərini həll edəcək xüsusi siyasi qidanı qəbul etmək üçün intizarla gözlədi.

“El əməliyyatı”nın ikinci mərhələsi (mart ayı) – siyasi arenaya təsirli və parlaq şəkildə çıxmağa, hərəkatın yeni malının irəliləyişinə və istehlakçıya çatdırılmasına kömək etməyə yönəldilmişdi. “El” hərəkatı bu çətin və məsuliyyətli məsələnin öhdəsindən uğurla gəldi. Bir aydan az müddətdə (martın 12-dən - hərəkatın nümayiş günü, aprelədək) “El” hərəkatı öz əyani fəallığı, dinamikası və geniş miqyasda siyasi bazara daxil olması ilə siyasi dairələri və ölkə ictimaiyyətini təəcübləndirdi: öz parlaq “qablaşdırması” – dəbdəbəli ofisi, orijinal emblemi, təmtəraqlı nümayişi, nüfuzlu kadr “vitrini”, aktiv piar kampaniyası, ümidlər verən aksiyaları, vədləri və s. Bu, böyük effekt verdi, cəmiyyətdə hərəkata marağı artırdı, bir çox tanınmış şəxslərin və adi vətəndaşların “El” hərəkatına axınına səbəb oldu.



Hamı növbəti (üçüncü) mərhələni gözləyirdi - siyasi bazarın fəth edilməsi, öz namizədini prezidentliyə irəli sürmək və seçki kampaniyasına hazırlaşmaq. Amma… Növbəti mərhələ – nə üçüncü, nə dördüncü, nə də ikinci mərhələ səviyyəsində baş tutmadı. “El” hərəkatı qısa müddətdə böyük və parlaq sabun köpüyü kimi parladı və… dağıldı, buxarlandı, siyasi dairədən demək olar ki yox oldu.

Niyə? Repressiyalara, təhdidlərə, ofisləri itirməyə tab gətirmədi? Resurslar tükəndi? Yoxsa əvvəlcədən belə planlaşdırılırdı?

Ola bilsin, “El əməliyyatı” növbəti ssenari tədarükünə tramplin kimi parlaq müqəddimə formasında düşünülmüşdü?

“I əməliyyatı” komediyası ilə yenidən paralel meydana gəlir: Axı o əməliyyatın mahiyyəti anbar soyğunçuluğu deyil, soyğunçuluğa bənzətmə idi. Filmdə, xatırladığınız kimi, müdiriyyət çoxdan hər şeyi mənimsəmiş və sağa-sola xərcləmişdi. Məşhur üçlüyə (Nikulin, Visin, Morqunov) isə oğru rolunu oynamaq və soyğunçuluq görünüşü yaratmaq tapşırılmışdı. Faktik olaraq, El əməliyyatı da, ölkənin mövcud siyasi bazarının təşkilati, ideoloji, seçki və informasiya mənimsəməsinin (“soyğunçuluğunun”) bənzətməsi görüntüsünü yaratdı. Əslində, ola bilər ki, bu bazar potensial olaraq digər qalmaqal yaradan layihələr üçün qabaqcadan hazırlanmışdı, “El əməliyyatı” isə onların reallaşdırılması üçün tramplin və lazımi pillədir.

Milli Şurikin macərası

“El” hərəkatının missiyasının gözlənilmədən bitməsi və Milli Şura ideyasının reallaşdırılması barədə danışıqların başlanması, hər iki layihənin reallaşdırılması baxımından faktik olaraq vaxt cəhətdən üst-üstə düşürdü. Başqa sözlə, “El” əməliyyatının piarı qurtaran kimi, dərhal Milli Şurikin macərası başlandı.

Layihələr arasında yalnız məkan və vaxt cəhətdən deyil, həmçinin heyət və xüsusilə də, siyasi motiv üzrə bağlılıq var. Hər iki layihənin əsas təşəbbüsçüsü Rüstəm İbrahimbəyovdur (daha dərinə getmək lazım deyil). Eyni zamanda, hər iki layihənin əsas icraçısı (moderatoru) Eldar Namazovdur. Bu əlaqədə sürətli və uğurlu “El əməliyyatı”, Milli Şuranın formalaşmasında özünü təsdiq etmək üçün Eldar Namazovun siyasi çəkisini, nüfuzunu və məşhurluğunu artırmaqda ona və daha çox isə Rüstəm İbrahimbəyova sərfəli oldu.



Bununla belə, “kobud” El əməliyyatı məharətlə keçirilmişdi, amma onun birbaşa Milli Şurik macərası ilə bağlılığını söyləmək çətindir. Artıq danışıqların (El+Musavat+AXCP formatında və R.İbrahimbəyovun başçılığı altında) ikinci ayında, mayın başlanğıcı üçün nəzərdə tutulmuş Milli Şura hələ də siyasi arenaya çıxa bilmədi.

Bundan başqa, ölkənin bütün demokratik qüvvələrinin bu layihədə gözlənilən inteqrasiyası əvəzinə başqa bir şey - toqquşmaların artmasını, maraqların və ambisiyaların toqquşmasını, həmçinin Millər Şuraya alternativ siyasətlə incik partiyaların yaradılması istiqamətində müxalifətin parçalanmasının və qarşıdurmasının mümkünlüyünü axtarılır.

Milli Şurikin ikiaylıq macərası həmçinin ölkədə seçkiqabağı vəziyyətlə pis zarafat etdi – siyasi fəallığın cəmiyyətdəki durğun vəziyyətinə müdaxilə etdi, onları faktiki olaraq dondurdu. Ölkədə bütün etiraz qüvvələri kənara çəkildilər və sakitləşdilər, mübarizənin yeni mərhələsinin başlayacağını, Mili Şuranın - xilasedici qüvvənin arenaya gəlməsini gözləyənlər passivləşdilər.

Bəs başlanacaqmı? Axı seçkilərə 4 ay yarım qalıb və hazırda əlimizdə nə var? Milli Şura hələ elan edilməyib, “El” yarıletargiya yuxusundadır, Musavat və AXCP danışıq prosesindədir, gənclər təşkilatları cəza nokdaunundadır, digər müxalifət partiyaları tərəfdaş və koalisiya axtarışı üzrə mikro-oyunlarla məşğuldur, cəmiyyət isə fəal və optimist yanvar sıçrantısından tədricən şübhəli passivlik rejiminə keçib.



Başqa bir məntiqi sual meydana çıxır. Tutaq ki, Milli Şurikin macərası uğurla başa çatır, təşkilat mayın 27-si və ya 28-i öz birinci forumunu keçirir və siyasi arenaya çıxır. Bəs sonra? Bu siyasi konqlomeratın fəaliyyəti hansı dərəcədə operativ, konstruktiv və təsirli olacaq? Seçkilərə qədər qalan 4 ay ərzində Milli Şura nəyi bacaracaq? Milli Şuranın yaradılması və prezidentliyə vahid namizədin irəli sürülməsi üçün sərf edilən vaxt hədər getməyəcək? Prezidentliyə mümkün namizəd Rüstəm İbrahimbəyov Bakıya qayıdacaqmı və Milli Şuraya başçılıq edəcəkmi və ya El Hərəkatı ilə Milli Şura dəyişəcəkmi, fokusçu və ya başqa möcüzəli layihə kimi əldən çıxacaqmı?

Suallar çoxdur. Təəssüf ki, aydın və adekvat cavablar hələ ki azdır. Milli Şura üzə çıxdıqdan sonra El hərəkatı canlanmış şəkildə olacaqmı? Milli Şura ölkənin demokratik qüvvələrinin uzunmüddətli və uğurlu inteqrasiya layihəsi olacaqmı? Milli Şuranın yaradılması istiqamətində hansı başqa təşəbbüslər, layihələr və ya əməliyyatlar var? Bəs bütün bu layihə və əməliyyat zənciri “matryoşka” və ya “Troya atı” prinsipi üzrə biri digərindən asılı olmayacaqmı? Bütün bu davamlı siyasi sarsıntıların birbaşa və ya dolayı nəticəsi ölkənin bütün etiraz qüvvələrini zəiflətməyəcəkmi?

P.S. “I Əməliyyatı və Şurikin digər macəraları” komediya filmi ilə assosiasiya və paralellərdən qaçmaq istərdim. Qiymətləndirmə və nəticələrdə səhv etmək istərdim. Daha aydın, ciddi və optimist proqnozlar vermək istərdim. Amma bunun üçün təkcə istəmək azdır, proseslərin başqa cür hərəkət etməsi lazımdır - daha açıq, ciddi, dürüst, demokratik yolla. Bunun üçün hələ də imkan var.

Polad Ağabəyli / haqqin.az
Tərcümə: AzVision.az


Teqlər:





Xəbər lenti