İqtisad Universitetində ən böyük master klass keçirilib

İqtisad Universitetində ən böyük master klass keçirilib
  18 Aprel 2015    Oxunub:2204
Azərbaycan Dövlət İqtisad Universitetində “Brand Arcthitecture” təlim layihəsinin “People” modulu baş tutub. Təlimin məqsədi gənclərin biznes atılımlar etməyə həvəsləndirmək, marka olmaq və marka qalmağın sirlərin öyrətmək, biznes innovasiyanı mərhələli şəkildə izahın vermək, paralel olaraq isə təcrübə paylaşımları ilə motivasiya etməkdən ibarətdir.

Azərbaycan Dövlər İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru Dos. Səadət Qəndilova layihənin açılış etmiş və layihəyə dəstək verən hər kəsə öz təşəkkürünü bildirmişdir, daha sonra layihə haqqında məlumat vermək üçün söz layihə rəhbəri və İBİ Layihələr və kommunikasiya departamentinin direktoru Nihad Allahyarlıya verilib. Çıxışın ardından isə, möhtəşəm master klass başlayıb.

Master klass dünya şöhrətli təlimçi, biznes məsləhətçi və həmçinin iyirmidən çox dünya markasının yaranmasında xidmətləri olmuş Ahmet Murtezaoğlu tərəfindən həyata keçirilib.


Teqlər:





Xəbər lenti