Xalq artistinin oğlunu qarət etdilər - Video

Xalq artistinin oğlunu qarət etdilər - Video
  18 Aprel 2015    Oxunub:3217
Xalq artisti Cəfər Namiq Kamalın oğlu Bakıda məscidlərin birində qarət olunub.
Bu barədə Cəfər Namiq Kamal ATV kanalında yayımlanan “Öz aramızda” verilişində danışıb.

Aktyorun sözlərinə görə, oğlu zərgərliklə məşğul olur, həmçinin ibadət əhlidir. O Qasımbəy məscidində namaz qılmağa gəlib, səcdəyə getdiyi vaxt isə onun gödəkcəsini oğurlayıblar.

Oğurluq zamanı gödəkçənin cibində 20 minlik zinət əşyaları olub.

Hadisə anbaan məsciddə quraşdırılan kameralara düşüb. Faktla bağlı polis artıq araşdırmaya başlayıb.

Həmin görüntüləri təqdim edirik:




Teqlər:





Xəbər lenti