Xaçmazda ikimərtəbəli ev yandı

Xaçmazda ikimərtəbəli ev yandı
  20 Aprel 2015    Oxunub:1436
Xaçmazda ikimərtəbəli evdə yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Palçıqoba kəndində ümumi sahəsi 160 kv.m olan 4 otaqlı ikimərtəbəli evin mətbəxinin tavanı 9 kv.m sahədə və içərisindəki əşyalar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 13:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.




Teqlər:





Xəbər lenti