Kəsilmiş ağacın oxuduğu inanılmaz musiqi – AUDİO

Kəsilmiş ağacın oxuduğu inanılmaz musiqi – AUDİO
  21 Aprel 2015    Oxunub:4914
Kəsilmiş ağacın musiqi `ifa etdiyini` təsəvvürə gətirə bilirsinizmi? Elə isə, bu xəbər sizi mat qoyacaq.

Bartolamaus Traubek adlı sənətçi belə bir eksperiment aparıb: kəsilmiş ağacın gövdəsi musiqi val əvəzinə cihaza yerləşdirilib. Sonra xüsusi sensor kəsikdəki cizgiləri, naxışları alqoritm vasitəsilə musiqiyə çevirib. Məsələn, eyni cizgi hər yerdə `do` notunu əvəz edib, ikinci cizgi bütün hallarda `re` notunu və s.

Nəticə eksperimentatorların özlərini də heyrətə salıb. Bəlli olub ki, hər ağacın oxuduöu fərqli musiqi var. Bartolamaus Traubek hətta bu musiqilərdən “Years” (`İllər`) adlı albom da hazırlayıb. Buyurun, həmin musiqilərdən biri…

Tariyel
AzVision.az





Teqlər:  





Xəbər lenti