Türkiyə universitetinin rəhbərliyi Bakıda görüş keçirib
İAU təmsilçiləri Bakıda keçirilən beynəlxalq təhsil sərgisində iştirak etmək üçün ölkəmizə gəliblər. Bakıya səfərləri çərçivəsində İstanbul Aydın Universitetinin Beynəlxalq əlaqələr direktorunun müavini Selman Arslanbaş Azərbaycanın bir sıra KİV təmsilçilərilə görüşüb.
Görüşü giriş sözü ilə açan İstanbul Aydın Universitetinin magistrı, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri və editor.az İnformasiya Portalının Baş redaktoru Fərid Şahbazlı universitet təmsilçilərini Azərbaycanda görməkdən məmnun olduqlarını bildirib.
Daha sonra çıxış edən İstanbul Aydın Universitetinin Beynəlxalq əlaqələr direktorunun müavini Selman Arslanbaş Azərbaycanda olmaqda böyük məmnunluq hissi keçirdiklərini qeyd edib. Direktor müavini bildirib ki, onların məqsədi Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinin inkişafına təhsil sektorunda töhfə verməkdir.
Selman Arslanbaş onu da qeyd edib ki, İAU bütün xarici tələbələrə, o cümlədən Azərbaycandan olan gənclərə 50 faizədək təqaüd imkanı tanıyaraq olduqca uyğun şərtlərlə Türkiyənin və dünyanın ən sürətlə inkişaf edən universitetlərindən olan İstanbul Aydın Universitetində təhsil almaq şansı verir.
Görüş İAU təmsilçiləri ilə jurnalistlərin müxtəlif mövzular ətrafında müzakirəsi ilə davam edib.
Teqlər: