Bakıda dəhşət: ana 2 yaşlı qızını boğaraq dənizə atıb

Bakıda dəhşət: ana 2 yaşlı qızını boğaraq dənizə atıb
  21 Aprel 2015    Oxunub:2550
Bakıda meyiti tapılan körpə qızın anası tərəfindən öldürüldüyü məlum olub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Əmrəddin qızı Məmmədova aprelin 15-də övladı, 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanı boğaraq dənizə atıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

G. Məmmədova 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, aprelin 16-da rayonun Bibiheybət qəsəbəsində, dəniz sahilində 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanın meyiti tapılıb.


Teqlər:





Xəbər lenti