Bakıda qanlı olay: “WhatsApp”a görə sinif yoldaşını bıçaqladı

Bakıda qanlı olay: “WhatsApp”a görə sinif yoldaşını bıçaqladı
  22 Aprel 2015    Oxunub:3114
11-ci sinif şagirdlərinin “WhatsApp”da birinin digərini təhqir etməsi qanlı sonluqla bitib.
AzVision.az xəbər verir ki, Nizami RPİ-nin 25-ci polis bölməsindən APA TV-yə verilən məlumata görə, hadisə 238 saylı məktəbin şagirdləri arasında yaranıb. Rövşən Şahmarov Elvin Muradova bir neçə bıçaq zərbəsi vurub. Xəsarət alan Elvin Muradov Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə əməliyyatından sonra onun səhhətinin kafi olduğu bildirilir.

Bölmədən Elvin Muradovun bədənində 18 sıyrıq və bıçaq xəsarətinin aşkar olunduğu bildirilib. Faktla bağlı cinayət işi açılıb, hadisəni törətməkdə şübhəli bilinən Rövşən Şahmarov saxlanılıb.


Teqlər:





Xəbər lenti