"Toy karvanı" qəzaya düşdü, 2 nəfər yaralandı

"Toy karvanı" qəzaya düşdü, 2 nəfər yaralandı
  22 Aprel 2015    Oxunub:2515
Bakı-Qazax yolunun 118-ci km-liyində, Hacıqabul rayonu ərazisində "toy karvanı" qəzaya uğrayıb.
Bakı sakini 1958-ci il təvəllüdlü Rüstəmov Mülkədar Şamil oğlunun idarə etdiyi "MAN" markalı90 ME 362 nömrəli nişanlı yük maşını "toy karvanı"nda gedən İmişli rayon, Yalavac kənd sakini 1969-cu il təvəllüdlü Fərmanov Elxan Ağamoğlan oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes"də olan 2 nəfər sərnişin ağır kəllə beyin travması ilə Şirvan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hadisə ilə bağlı istintaq aparılır. (Apa)


Teqlər:





Xəbər lenti