“Avropa” otelində öldürülən bank müdirinin FOTOLARI

“Avropa” otelində öldürülən bank müdirinin FOTOLARI
  23 Aprel 2015    Oxunub:3992
Xəbər verdiyimiz kimi, dünən “Avropa” otelindəki davada “Zaminbank”ın Nəsimi filalının sədri bıçaqlanaraq qətlə yetirilib.
Bankın filial müdiri Azər Məmmədov 1985-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Bank rəsmisinin ölümündə şübhəli bilinən Sənan Quliyev isə hələ ki, həbs olunmayıb və tutulması üçün əməliyyat tədbirləri keçirilir.

Qeyd edək ki, hadisə dünən “Avropa” otelində baş verib. Azər Məmmədov oteldə məşq edərkən bir nəfərlə qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Həmin şəxslə məşqçi arasında dava düşüb. Bu zaman Azər onları aralaşdırmaq istəyərkən hücuma məruz qalıb. Sənan Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub.

Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb.

AzVision.az “Qafqazinfo”ya istinadən Azər Məmmədovun fotolarını təqdim edir:

Qalereya




Teqlər:





Xəbər lenti