`Rahat` marketdə faciəli ölüm

`Rahat` marketdə faciəli ölüm
  23 Aprel 2015    Oxunub:3317
Bu gün səhər Sumqayıt şəhərində 25 yaşlı gənc faciəvi şəkildə ölüb.
Hadisə şahidlərinin AzVision.az-a verdiyi məlumata görə, şəhərin 17-ci mikrorayon ərazisində yerləşən və sabah açılışı nəzərdə tutulan "Rahat" marketdə işləyən fəhlə 1990-cı il təvəllüdlü Qurbanov Ruslan Taleh oğlu eskalatorun arasında qalıb. Gənc aldığı xəsarətlərdən elə yerindəcə keçinib.

Hadisə ehtiyyatsızlıqdan baş verib. Belə ki, yeni açılacaq mağazada quraşdırılmış lift yoxlanış üçün istismara buraxılarkən adıçəkilən faciəvi hadisə baş verib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib, araşdırma aparılır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti