`Avropa qurumlarına inam tamamilə itəcək`

`Avropa qurumlarına inam tamamilə itəcək`
  23 Aprel 2015    Oxunub:2177
`Cənab Prezidentin “ Müsəlmanın müsəlmandan başqa dostu yoxdur” cümləsinin nə dərəcədə doğruluğunu yaxın günlərdə baş verən hadisələr əyani olaraq yenidən təsdiqlədi`. Bu sözləri AzVision.az- a “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin prezidenti Əsgər Məmmədov son günlərdə Qərbin sərgilədiyi “erməni soyqırımı” şousuna münasibət bildirərkən deyib.

- Roma Papası I Fransiskin Qondarma soyqırımı tanıması, ardınca isə Avropa Parlanmentinin bu haqda qəbul etdiyi qətnamə xristian həmrəyliyinin güclü tarixi ənənələrə malik olduğunu unutqalara yenidən göstərdi. Vatikanın verdiyi qərarların əsasında nağılların dayandığını tarixən çox gördüyümüz üçün bu da təccüblü gəlmədi. `Bağışlayın, biz Cordano Brunonu günahsız yerə yandırmışıq, sən demə, doğrudan da Yer Günəşin ətrafında fırlanırmış` deyə Papa 400 il sonra üzr istəmişdi. Erməni soyqırımını tanıyan da həmin Vatikandır. Yəni Papaların bilmədikləri işlərdə qətiyyətli danışmaları və hökm çıxarmaları onların tarixi vəzifə səlahiyyətlərindən biridir,- deyə o bildirib.

Əsgər Məmmədovun sözlərinə görə, Avropa Parlamenti erməni soyqırımını tanımaqla sözünün ağırlığını bir az daha azaltmış oldu: “İllərdir bütün dünyaya tarixi arxivini hər an açılmasına hazır olduğunu bəyan edən Türkiyənin ortaya qoyduğu faktları görməzlikdən gələrək, şaiyələr uydurmalar əsasında qərar çıxaran Avropa Parlamenti özünün timsalında Qərbin təşəbbüsü ilə yaradılan bütün beynəlxalq qurumların ikili standartlarla fəaliyyət göstərdiyi açıq şəkildə sərgilədi. Yarası hələ sağalmamış Xocalı soyqırımını və son iki əsrdə ermınilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşilikləri sübut və dəlillərlə bütün dünyaya həmçini Avropada yerləşən ölkə və beynəlxalq qurumlara çatdırmağa çalışsaq da, bununla bağlı heç bir əsaslı qərar qəbul edilməyib. Hazırda hər gün Asiya və Afrika ərazilərində qırılan yüzlərlə müsəlmanın haqları insan haqları sırasına daxil deyilmi? Söhbət müsəlman taleyindən getdiyi zaman bu dövlət və qurumların lal, kar, kor olması Avropanın demokratiyada çox çox uzaq düşməsinin real sübutudur”.

Onun sözləriə görə, hadisələrin belə məcrada davam etməsi bu qurumlara olan inam və güvəni yox səviyyəsinə qədər çatdıra bilər. Gələcəkdə də bu kimi oxşar qərarların verilməsi xalq olaraq bizi təcübləndirməyəcək. Əsas məsələ isə hər bir Azərbaycan vətəndaşının bu prosesləri dərk etməsi və düzgün nəticə çıxara bilməsidir.


Teqlər:





Xəbər lenti