Gədəbəyə qar yağıb

Gədəbəyə qar yağıb
  24 Aprel 2015    Oxunub:1723
Bu gün axşam saatlarından başlayaraq respublikanın Gədəbəy rayonu ərazisinə qar yağmağa başlayıb.
Rayonun Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin "Report"a verdiyi məlumata görə, mərkəz və kəndlərə yağan qar rayonun elektrik təsərrüfatı, mavi yanacaq verilişi, eləcə də, ucqar dağ kəndləri ilə əlaqə üçün heç bir maneə törətməyib.

Hazırda rayon ərazisində qarın hündürlüyü təqribən 3-5 sm. təşkil edir.


Teqlər:





Xəbər lenti