Bu gün Gəncənin bütün idarə, müəssisə və təşkilatların kollektivləri, YAP fəalları, tələbə-gənclər, ictimaiyyət nümayəndələri “Yaşıllaşdırma Marafonu” çərçivəsində keçirilən aksiyaya qoşulublar.
Heydər Əliyevin adını daşıyan Park-kompleksdə 3000-dən çox Eldar şamı əkilib.
Qeyd edək ki, “Yaşıllaşdırma Marafonu” çərçivəsində keçirilən ağacəkmə aksiyası may ayının sonuna kimi davam edəcək.