Bakıda avtobus qəzası - Ölən var

Bakıda avtobus qəzası - Ölən var
  27 Aprel 2015    Oxunub:2188
Aprelin 26-da Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsi, Şəhər şosesində (SOCAR-ın qarşısında) “Nurgün Motors”a məxsus “İnfiniti”, Mikayıl Abdullayevin idarə etdiyi “VAZ” markalı avtomobillər, eləcə də 148 saylı xətt üzrə hərəkət edən və Habil Bayramovun idarə etdiyi “İsizu” markalı avtobus toqquşub. Nəticədə M.Abdullayev hadisə yerində keçinib. Onun oğlu, 21 yaşlı İsfəndiyar isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, ekspertizalar təyin edilib.


Teqlər:  





Xəbər lenti