Şirvanda dəhşət: Xərçəng olduğunu bilən qız özünü öldürdü

Şirvanda dəhşət: Xərçəng olduğunu bilən qız özünü öldürdü
  02 May 2015    Oxunub:3286
Şirvanda nişanlı qız özünü Kürə atıb.
Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, şəhər sakini, Bayramlı qəsəbəsinin Hüseyn Cavid küçəsində yaşayan, 1996-cı il təvəllüdlü Rüstəmova Elnarə Rahib qızı özünü evlərinin yaxınlığından keçən Kür çayına atıb.

Hadisənin səhər saatlarında baş verdiyi güman edilir. Onun meyiti çaydan çıxarılaraq müayinə üçün aidiyyəti quruma təhvil verilib. Qohumlarının bildirdiyinə görə, qız nişanlı olub.

Deyilənlərə görə, sonradan qızın sağalmaz xəstəliyə düçar olduğu məlum olub. O xərçəng xəstəsi olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.(Ans)


Teqlər:  





Xəbər lenti