Məktəbli qız intihara cəhd etdi

Məktəbli qız intihara cəhd etdi
  04 May 2015    Oxunub:2172
Bakıda intihara cəhd olub
Pirallahı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Pirallahı qəsəbəsində qeydə alınıb. 235 saylı orta məktəbin 11-ci sinif şagirdi, 1997-ci il təvəllüdlü Əminə Rövşən qızı Cəfərova 5 mərtəbəli yaşayış binasının damından özünü atıb. Nəticədə o ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Apa)


Teqlər:  





Xəbər lenti