Ailəsi pula görə keçmiş məmuru qətlə yetirib - Azərbaycanda
Cinayətdə başqa şəxs və ya şəxslərin iştirakı istisna edilmir, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, keçən il avqustun 31-də naməlum şəxs və ya şəxslər F.İsgəndərova məxsus qarajın yaxınlığında dayanıb və onu gözləyib. F.İsgəndərov qaraja tərəf yaxınlaşan zaman qatil ona bir neçə bıçaq zərbəsi endirib, daha sonra isə onun boğazını kəsib. Bundan sonra cinayətkar F.İsgəndərovun evinə girib. Hadisə şahidinin dediyinə görə, qatil 20-25 yaşlı şəxs olub. Lakin həmin şəxsin cinayəti tək törədib-törətməməsi hələlik dəqiqləşməyib.
Onu da qeyd edək ki, keçən il avqustun 29-da F.İsgəndərov qızına toy edib. F.İsgəndərova toydan yaxşı pul qaldığı üçün həyat yoldaşı və qızı məlum cinayəti planlaşdıraraq həyata keçirib.
Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. Onun, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.