Nazirlik şagirdini xilas edən müəllimin ailəsinə ev tikdi
Xatırladaq ki, ötən ilin dekabr ayında 1957-ci il təvəllüdlü, Cavad kənd sakini, Sabirabad rayonun 5 saylı məktəbində müəllim işləyən Əhliman Hüseynov maşındakı şagirdi 9 yaşlı Hüseynova Güldəstəni həyatını xilas edən zaman çayda boğulmuşdu.
Müəllim şagirdini suya atılan şəxsə tərəf itələyərək batıb. Ə. Hüseynovun meyiti isə beş aya yaxın davam edən axtarışlar nəticəsində iki gün əvvəl çaydan çıxarılıb. Meyit Ə. Hüseynovun batdığı yerdən 3-4 kilometr aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
AzVision.az