40 yaşlı müəllimin müəmmalı intiharı – Ailəsi danışdı
“Qardaşımın heç bir sıxıntısı yox idi. Biz də bilmirik, o canına niyə qıydı? Onun pul problemi də yox idi. Novruz nəsə stress keçirib, darıxıb və özünü həyətlərindəki təzə çiçəkləmiş ərik ağacından asıb. Onun sağlığı da yerində idi.
Hər gün dostları ilə gəzir, deyib-gülürdü. Axşam bizə gəlmişdi. Oturub bir yerdə yemək yedik. Dedim ki, ay qardaşı bizdə qal. Amma o, evlərinə getdi.
Novruz normal maaş alırdı. Dolanışığı da yaxşı idi. Heç bir problemi yox idi”.
Ç.Cabbbarov qardaşının borca görə özünü öldürməsinə inanmadığını deyib: “Onun heç kimə borcu olmayıb. Sakit insan idi. Bilmirik, o niyə bu yola əl atdı. Qardaşım bizi tək qoyub getdi”.
Hadisə ilə bağlı Samur Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Bildirilidi ki, intihar edən şəxs orta məktəbdə müəllim işləyib: “Hadisə bu gün səhər saat 6 radələrində qeydə alınıb. İntihar zamanı mərhumun anası, həyat yoldaşı və övladları evdə olublar. Mərhumun bədənində başqa işgəncə xəsarətləri qeydə alınmayıb.
Hazırda hadisə ilə bağlı Samux Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır”.
Hafiz Əhmədov