Yevlaxda maşın aşdı, 4 yaralı

Yevlaxda maşın aşdı, 4 yaralı
  08 May 2015    Oxunub:1550
Bu gün saat 20:00 radələrində Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatalogiya şöbəsinə qəza nəticəsində xəsarət alan 32 yaşlı Göygöl rayon sakini Etibar Hüseynov ağır vəziyyətdə gətirilib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, zərərçəkmiş Yevlax rayon ərazisində qəza zamanı xəsarət alıb.

Belə ki, Etibar Hüseynov və daha 3 nəfər taksi fəaliyyəti ilə məşğul olan şəxsin "Mercedes" markalı avtomobili ilə Bərdədən Yevlaxa gələrkən sürücü idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Qəzada sürücü xəsarət almasa da, avtomobildə olan dörd sərnişin ağır yaralanıb.

Yaralılara Yevlax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra 3 nəfər Bərdə xəstəxanasına, 1 nəfər isə Gəncəyə göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti