Göyçayda faciə - bir ailənin üç üzvü yanaraq öldü
Ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.
Yanğın zamanı ev sahibi Xəyalə Əhmədovanın həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, onun iki övladı, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı yanaraq ölüb.
Hazırda yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
(Apa)