Avropanın 41 şəhərindən 300-dən çox tələbənin iştirak etdiyi tədbirdə Azərbaycan 21 nəfərlik heyətlə təmsil olunub.
Tədbir çərçivəsində üzv ölkələrin nümayəndələri təşkilatın idarə olunması, daxili nizamnamə və qaydalarda dəyişiklilər edilməsi, müxtəlif ölkələrin üzvlüyə qəbul olunması, beynəlxalq idarə heyətinin seçilməsi mövzusunda qərarlar qəbul edirlər. Eyni zamanda tələbələr müxtəlif işçi qruplarına bölünərək müxtəlif ölkələrdəki hüquqi vəziyyət, hüquq sistemindəki fərqliliklər, dövlətlər daxilində müəyyən qarşılıqlı təhsil səfərlərinin təşkil olunması mövzusunda müzakirələr aparırlar.
ELSA Azərbaycan 2010-cu ildə bu təşkilata üzv olub və son 5 il ərzində beynəlxalq və milli sahədə bir çox uğurlara imza atıb. ELSA Azərbaycan asossiasiyada 3 lokal qrupla - Bakı, Qarabağ və Naxçıvan qrupları ilə təmsil olunur.
Hazırda Azərbaycan asossiasiyanın regionda olan ən güclü nümayəndəliyidir. Belə ki, Ermənistanın üzvlük müraciəti 2013-cü ildə keçirilən Beynəlxalq Şuranın Yığıncağında qəbul olunmayıb.