Tiflisdə azərbaycanlı tələbəni vurdular
Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü "Volkswagen Golf" markalı avtomobili sürətlə idarə edib və tələbəni vurduqdan sonra maşını saxlamadan hadisə yerindən qaçıb.
Tiflis Dövlət Tibb Universitetinin II kurs tələbəsi olan E. Zeynalov dostunun ad günü mərasimindən evə qayıdırmış. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü E. Zeynalov kəllə-beyin travması alıb. Hazırda o, Tiflisin Mərkəzi klinikasındadır.
AzVision.az
Polis faktla bağlı araşdırma aparır.