Sevgilisi ilə tutulan oğlanın başına oyun açdılar

Sevgilisi ilə tutulan oğlanın başına oyun açdılar
  12 May 2015    Oxunub:5699
Bakıda sevgilisi ilə evdə yaxalanan oğlanı döyüblər.
Hadisə 7-ci mikrorayon, dairəvi yolun yaxınlığında yerləşən mənzildə baş verib. Abşeron rayon sakini, 26 yaşlı Ağasəf Səfərov (ad və soyadlar şərtidir) həmin mənzildə sevgili münasibətində olduğu Gülər adlı qadınla görüşüb.

Qəfildən evə qızın qohumları basqın ediblər və onlar A.Səfərovu döyüblər. Bundan sonra həmin şəxslər 26 yaşlı oğlanı avtomobillə Novxanı qəsəbəsindəki bağ evinə gətirərək, orada yenidən amansızlıqla döyüblər.

Polisə müraciət edən A.Səfərov onu döyən şəxsləri tanımadığını və Novxanıya aparıldığı maşının nömrəsini xatırlamadığını deyib. 26 yaşlı oğlanın müraciəti əsasında araşdırmalar davam etdirilir.
(Lent.az)


Teqlər:  





Xəbər lenti