Bakıda xanım jurnalisti `zibil`ə görə döydülər

Bakıda xanım jurnalisti `zibil`ə görə döydülər
  12 May 2015    Oxunub:2429
Azərbaycanda xanım jurnalist sürücü tərəfindən döyülüb.
Bu barədə urban.az saytının əməkdaşı olan jurnalist Səbinə Quliyeva özünün facebook hesabında məlumat verib.

Jurnalist bildirib ki, dünən avtomobilindən içki qutusunu atan sürücüyə “zibili maşından atmaq olmaz” deyə nəzakətlə etirazını bildirib. Cavabında isə sürücü onu təhqir edib və jurnalistdən avtomobilini saxlamasını tələb edib.

S.Quliyeva bildirib ki, maşınını saxlayanda həmin sürücü onun üzünə zərbələr endirməyə başlayıb. Polislə hədələdikdən sonra isə həmin şəxs maşını jurnalistin ayağının üzərindən sürərək oradan uzaqlaşıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti