Patruşev Bakını seyr etdi - Fotolar

Patruşev Bakını seyr etdi - Fotolar
  12 May 2015    Oxunub:2446
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti mayın 12-də Fəxri xiyabanı ziyarət edib.
AzVision.az-ın məlumatına görə, nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Sonra nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə güllər, “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyublar.

Buradan qonaqlar Bakının mənzərəsini seyr ediblər.

Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi ziyarət olunub, məzarı önünə əklil qoyulub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti