Mirzə Ələkbər Sabirin nəticəsi narkotiklə tutuldu
S.Tahirzadə narkotik maddələri 1500 manata aldığını, şəxsi istifadəsi ilə yanaşı, satmaq niyyətində olduğunu bildirib.
O, əvvələr Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunaraq 7 dəfə azadlıqdan məhrum edilib. Sonuncu dəfə ötən il azadlığa buraxılan S.Tahirzadə barəsində bu dəfə Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, S.Tahirzadə Azərbaycanın dahi şairi Mirzə Ələkbər Sabirin (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) nəticəsidir.







Vaxtında, Aydın, Lazımlı!


