ELSA səhnələşdirilmiş məhkəmə keçirdi - FOTOLAR

ELSA səhnələşdirilmiş məhkəmə keçirdi - FOTOLAR
  14 May 2015    Oxunub:2490
ELSA Azərbaycan tərəfindən hüquq tələbələri üçün cinayət hüququ ilə bağlı Səbail rayon məhkəməsində Səhnələşdirilmiş Məhkəmə prosesinin yarımfinal mərhələsi həyata keçirilib.

Belə ki, ilkin mərhələdə 8 komanda qalib gəlib və yarımfinal mərhələsində 2 komanda finala keçib. Proseslərin final mərhələsi cari ilin iyun ayında keçiriləcək.

Qalib komandanın üzvlərinin Avropanın 34 şəhərindən birində təşkil olunacaq yay hüquq məktəbində iştirak haqları qarşılanacaq.

Səhnələşdirilmiş Məhkəmə Prosesi 2011-ci ildən bəri ELSA Azərbaycanın əsas fəaliyyət istiqamətlərindən biridir və bu layihə Azərbaycanlı hüquq tələbələri tərəfindən ən prestijli səhnələşdirilmiş məhkəmə prosesi hesab edilir.

Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.










Teqlər:  





Xəbər lenti