Azərbaycanda bir gündə iki intihar

Azərbaycanda bir gündə iki intihar
  14 May 2015    Oxunub:2185
Azərbyacanda bir gündə iki intihar hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, ilk hadisə Şəki şəhərində qeydə alınıb. Belə ki, Şəki şəhəri Emin Sabitoğlu küçəsi ev 3 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Azadə Əhməd qızı Dadaşova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, Azadə Dadaşova özünü öldürmək məqsədilə gəmiriciləri məhv etmək üçün istifadə olunan zəhərli dərman qəbul edib.

Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.

İkinci hadisə isə Bakıda baş verib. Nəsimi rayonu, Nizami küçəsi 135, mənzil 200 ünvanında (“Torqovıy” adlanan məhəllə) kirayəşin yaşayan Türkiyə vətəndaşı, 1965-ci il təvəllüdlü Dursun Nurbay özünü asaraq intihar edib. Onun şarfdan asılı vəziyyətdə qalmış meyiti qapının qarşısında aşkarlanıb.

Bildirilir ki, D.Nurbay 2009-cu ildən Bakı şəhərində fərdi əməklə məşğul olurmuş.

AzVision.az


Teqlər:  





Xəbər lenti