Yağış sabah da kəsməyəcək

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: