Piriyev həbsdən mesaj göndərdi: `Günahım yoxdur`

Piriyev həbsdən mesaj göndərdi: `Günahım yoxdur`
  14 May 2015    Oxunub:5065
Azərbaycanlı iş adamı Nizami Piriyev barəsindəki həbs qətimkan tədbiri ilə bağlı şikayət verib.
Bunun AzVision.az-a açıqlamasında iş adamının vəkili Muxtar Mustafayev deyib.

O, vəkilinə barəsində tətbiq olunan cinayət işindən narazı olduğunu bildirib.

“O, həbs-qətimkan tədbirindən şikayət verib. Saxlanma şəraitindən isə heç bir narazılığı yoxdur. Ona qarşı hər hansı bir qeyri-insani rəftar yoxdur. Hər hansı bir təyziq mövcud deyil. Çalışıb izah edəcəyik ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilə bilməz. O, barəsində irəli sürülən ittihamlarını qəbul etmir. Amma dövlət orqanlarının bununla bağlı şübhələrinin olmasını istisna etmir. Pul vəsaitlərinin istifadəsini isə istintaqın gedişi zamanı izah edəcəyini deyir”.

Vəkil N.Piriyevlə tez-tez görüşdüyünü deyib: “Nizami müəllimlə görüşməyim üçün heç bir problem yoxdur. Heç kəs mənə əngəl yaratmır. Onunla görüşürəm”.

Qeyd edək ki, N. Biriyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi açılıb. Barəsində 3 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir.

“PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. “PNN Group” “De Beers” və “Hamleys” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurcularındandır. “PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti