Baş prokuror on-line qəbul keçirib
Baş Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda 20-yə yaxın vətəndaşın şikayəti dinlənilib.
Müraciətlərdə qaldırılan məsələlər nəzarətə götürülməklə, həmin şikayətlər üzrə qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması, bu məqsədlə yoxlama materialları və cinayət işlərinin Baş Prokurorluqda öyrənilməsi, habelə bəzi şikayətlərin müraciət müəlliflərinin iştirakı ilə müzakirə edilərək qanunauyğun və operativ şəkildə həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına konkret göstərişlər verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilib.
Teqlər: