Binali Yıldırımın evini soydular

Binali Yıldırımın evini soydular
  16 May 2015    Oxunub:1764
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasət məsələləri üzrə baş müşaviri olan Binali Yıldırımın evinə oğrular girib.
AzVision.az xəbər verir ki, hadisə Yıldırımın Ankaranın Kazan rayonunda yerləşən evində baş verib. Həyətə yük maşını ilə girən oğrular evin qapısını sındıraraq içəridən əsasən mebel və məişət əşyalarını aparıblar.

Hadisədən xəbər tutan yerli jandarm faktla bağlı araşdırmalara başlayıb və oğruların tapılması istiqamətində əməliyyat davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti