Dostları ilə birləşib atasının evindən pul və qızıl oğurladı
Məlum olub ki, ev sahibi İlqar Ömərovun oğlu Namiq Ömərov dostları ilə qabaqcadan əlbir olaraq atasının evinə daxil olublar və içərisində 139 000 ABŞ dolları, 21 000 manat pul, külli miqdarda qızıl-zinət əşyaları və 21 ədəd özəlləşdirmə çeki, xeyli sənədlər, bank kartları olan dəmir seyfi oğurlayıblar. Onlar seyfin içindəkiləri götürüblər və seyfi Yuxarı Şirvan kanalına atıblar. Saxlanılan şəxslərdən 91 250 dollar, qızıl-zinət əşyaları və 21 ədəd özəlləşdirmə çeki maddi sübut kimi götürülüb.
Qeyd olunub ki, Namiq Ömərov və onunla oğurluğu törədən dostları narkotik istifadəçisidir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Teqlər: