45 yaşlı qadın təndirə düşərək yandı
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 45 yaşlı Rübabə Həsənova yaşadığı evdə çörək bişirəndə təndirə yıxılıb. Ailə üzvləri tərəfindən təndirdən çıxarılan Rübabə Həsənova xəstəxanaya yerləşdirilib.
Rübabə Həsənovaya sağ yuxarı ətrafın, sol saidin və sağ pəncənin 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-stabil qiymətləndirilir.
AzVision.az
Teqlər: