Azərbaycanda əhalinin ömrü 7 il artıb
M.Әləkbərovun sözlərinə görə, bu artım səhiyyə sahəsində aparılan işlərin nəticəsində mümkün olub.
O qeyd edib ki, ölkədə tibb müəssisələrinin kompüterləşdirilməsi həyata keçirilir, onların informasiya texnologiyaları ilə təmin olunması inkişaf etdirilir: "Amma bu müəssisələrin daha səmərəli fəaliyyət göstərməsi üçün vahid proqram, şəbəkə əsasında fəaliyyət göstərməsi zərurəti ortaya cıxır. Müasir profilaktika müəssisələri vahid şəbəkə əsasında fəaliyyət göstərsələr, daha səmərəli nəticə əldə etmək olar".