Dəhşətli yanğında günahkar kimdir?
Bunu AzVision.az- açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili Bakıdakı dəhşətli yanğının baş vermə səbəbindən danışaraq bildirib ki, günahkar həmin binanın üz örtüyünü çəkənlərdir.
F.Mustafa hesab edir ki, bu təxribatı törədənlər barəsində ciddi tədbir görülməlidir.
Tikinti sahəsi üçün ixtisaslaşmış alim Rafiq Salahov AzVision.az-a açıqlamasında binanın üz örtüyünün təhlükəli olduğunu deyib.
Mütəxəssis qeyd edib ki, həmin üz örtükləri təhlükə mənbəyidir: “Həmin plastik maddə yanmağa çox meyillidir. Ekoloji cəhətdən də insan orqanizmi üçün zərərlidir. Fiziki cəhətdən binaya gözəl görünütü bəxş edə bilər. Ancaq həmin maddə çox tez yanır. Təkcə siqareti onun üzərinə atan zaman alışıb-yanır. Həmin üz ötüklərinin üstünə adi bir kibrit dənəsi də düşən kimi də alışır. Üz örtüklərinin yanğına bir az davamlı olması üçün xaricdən boyaq maddələri də gətirilir. Həmin boyaq maddələri yanğının qarşısını bir az alır”.
Mütəxəssis həmçinin qeyd edib ki, həmin üzlük materialının çəkilməsi heç də ucuz başa gəlmir: “Belə ki, həmin üzlüyün bir kvadrat metri 100 manata başa gəlir. Material çox yüngüldür. Yaşayış binalarına ondan qətiyyən çəkmək olmaz. Həmin üz örtükləri səriştəsiz mütəxəssislər tərəfindən çəkilib. Yəqin ki, kimlərsə ayrılan pulları yemək üçün belə bir hala yol verirlər. Hansısa şirkətin məhsullarıdır ki, binaların üzərinə çəkirlər və belə hallar baş verir”.
Qeyd edək ki, fasadların hazırlanması zamanı poliuretan maddəsindən istifadə edilir. Bu fasadlarını idxal edən şirkət “Global Construction"dur.
Hafiz Əhmədov