Yanğında ölən 11 nəfərin kimliyi məlum olub - Siyahı

Yanğında ölən 11 nəfərin kimliyi məlum olub - Siyahı
  19 May 2015    Oxunub:5833
Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 11-nin şəxsiyyəti artıq müəyyənləşib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev Trend-ə bildirib ki, onların 14-nün meyiti Birliyə gətirilib.

Artıq onlardan 11-nin şəxsiyyəti müəyyənləşib. Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) və bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), bacı qardaş- Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamur qızıdır (21 yaş).


Teqlər:  





Xəbər lenti