Bakıda yaşayış binasında baş verən yanğınla bağlı xəsarət alaraq hospitalizə olunmuş şəxslərin qanları Səhiyyə Nazirliyinin Referens-laboratoriyasında qanları müayinə olunub.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub. Orta və ağır dərəcə dəm qazından zəhərlənmə nəticəsində xəsarət alanların qanlarında karboksiqemoqlobin aşkarlanıb.