İran prezidentliyinə bütün namizədlər – ARAYIŞ

İran prezidentliyinə bütün namizədlər – ARAYIŞ
  30 May 2013    Oxunub:2274
İranda 14 iyunda keçiriləcək prezident seçkisinə qatılacaq namizədlər kimlərdir? AzVision.az bütün namizədlərin haqqında qısa xarakteristikanı təqdim edir:
Səid Cəlili, İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi

47 yaşlı Cəlili 2007-ci ildən Milli Təhlükəsizlik Şurasının baş katibidir. Eyni zamanda, 2007-ci ildən etibarən İranın “5 +1” ölkələrilə apardığı nüvə müzakirələrində, iştirak edib.
2001-2005-ci illərdə dini lider Əli Xamneyinin yanında çalışıb.
Əhmədinejadın dövründə xarici işlər nazirinin müavini vəzifəsini yerinə yetirib.
Dini lider Əli Xamneyinin namizədi olaraq göstərilir.
Xalq arasında kifayət qədər tərfdarı olduğu bildirilir. İran İslam İnqilabının prinsiplərinə bələd olduğu və əlaqələrinin güclü olduğu söylənilir. İranda prezidentliyin faktik olaraq bürokratik bir vəzifə kimi qəbul etsək, rəhbərliyin birinci namizədi ola biləcəyi güman edilə bilər.

Məhəmmədhəsən Əbuturabifərd, vitse-spiker

51 yaşından etibarən Tehranın bələdiyyə başçısı vəzifəsini yerinə yetirir. Dini lider Əli Xamneyi tərəfindən, İnqilab Gözətçiləri Hava qüvvələri Komandiri, daha sonra isə İntizam Qüvvələri Komandiri təyin edilib.
Daha sonra, İranda sabiq prezident Xatəminin dövründə Daxili İşlər Nazirliyində Qaçaqmalçılıqla Mübarizə idarəsinin başçısı vəzifəsini yerinə yetirib. 2005-ci ildən etibarən isə Tehranda Bələdiyyə Başçısıdır.

Əli Əkbər Salehi, İranın xarici işlər naziri

1997-ci ildən etibarən dini lider Xamneyinin beynəlxalq əlaqələr üzrə məsləhətçisidir. Həm Əli Xamneyi dövrü (1981-1989), həm də Haşimi Rəfsəncaninin dövründə (1989-1997) İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini yerinə yetirib.
İndiyə qədər İran İslam Respublikasında ən uzun müddət xarici işlər naziri postunu tutan şəxsdir. Eyni zamanda, “ərəb baharı”nın başlamasından sonra, İranda dini lider Xamneyinin əmri ilə yaradılan "İslami Oyanış Konfransı”nın da rəhbəridir. Ümumiyyətlə, Xamneyinin İslam dünyasıyla olan əlaqələrini icra edən şəxs kimi tanınır. İranın dini liderinə daha yaxın olan namizədlərdəndir.


Qulaməli Həddad Adil, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, parlamentin sabiq spikeri

68 yaşlı namizəd “Uzlaşdırma Şurasının” üzvüdür. 2004-2008-ci illərdə Məclisin sədri olub. 2000-2012-ci illərdə Tehrandan millət vəkili olaraq İranın Şura Məclisində iştirak edib. Mühafizəkarların əsas təmsilçilərindən biri kimi tanınır.
Qızı dini lider Xamneyinin oğlu ilə ailəli olduğundan, münasibətlərin böyük hissəsi qohumluq əlaqələrinə söykənir.


Möhsün Rzayi, İran Məsləhət Şurasının katibi

1997-ci ildən atibarən “Uzlaşdırma Şurası”nın Baş katibi vəzifəsini yerinə yetirir. Həm Əli Xamneyinin Dövründə (1981-1989), həm də Haşimi Rəfsəncaninin Dövründə (1989-1997) dini liderə bağlı olan “İnqilab Gözətçiləri”nin baş komandiridir.
Uzun illər boyu yerinə yetirdiyi vəzifələrinə görə namizədliyinin Konstitusiya Qoruyucuları Şurası tərəfindən təsdiq olunduğunu nəzərə alsaq, rejimə sadiq namizədlərin biri olaraq qiymətləndirilir.

Həsən Ruhani, İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Bu namizəd də İranda “Uzlaşdırma Şurası”nın üzvüdür. Eyni zamanda, 2001-ci ildən etibarən İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsini yerinə yetirir.
Vacib bir din adamı olduğuna görə, 2010-ci ildən etibarən Mütəxəssislər Məclisinin (Hibregan) üzvüdür. Uzun illər (1980-2000) millət vəkili olaraq Şura Məclisində təmsil olunub. Millət vəkilliyi dövrünün bir qisimində (1992-2000) Məclis sədrinin yardımcısı olub.
Həm Rəfsəncani, həm də Xatəmi dövrlərində Milli Təhlükəsizlik Şurasının baş katibi olub. Bu vəzifəsi əsnasında İranın Qərblə apardığı nüvə müzakirələrini həyata keçirib. Tutmuş olduğu vəzifələr və dini təhsili nəzərə alınaraq, əsas namizədlərdən biri kimi diqqət çəkir.

Məhəmməd Bağıri Xərrazi, “Hizbullah” partiyasının baş katibi

71 yaşlı Xərrazi dini lider Xamneyinin prezidentliyi dövründə İranda neft naziri olub. Haşimi Rəfsəncaninin prezidentliyi dövründə isə telekommunikasiya naziri vəzifəsini yerinə yetirib. Onun adı İranda yaxşı bir bürokrat kimi hallanır.

Məhəmməd Rza Aref

61 yaşlı namizəd bir müddət Tehran Universitetinin rektoru vəzifəsini icra edib. Sabiq president Xatəminin dövründə birinci müavin vəzifəsində çalışıb. Keçmiş vəzifələrinə nəzər saldıqda, Arefin başqa namizədlərindən fərqli olduğu açıq-aydın görünür.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti